İlham Əliyev: TDT böyük beynəlxalq nüfuza malik təşkilatdır

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının böyük beynəlxalq nüfuza malik olduğunu bildirib.

Dövlət başçısı TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib ki, təşkilat çərçivəsində müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, təhlükəsizlik, multikulturalizm, ticarət, nəqliyyat və humanitar əməkdaşlığı əhatə edir.