İlham Əliyev: Türkiyə-Azərbaycan kimi bir-birinə bağlı ikinci ölkə yoxdur
Prezident İlham Əliyev bildirib ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ikinci ölkə tapmaq mümkün deyil.
“Tarixi əlaqələr, mədəniyyət, siyasi maraqlar, təhlükəsizlik, enerji, nəqliyyat və insanlar arasındakı münasibətlər bizi birləşdirir”, – deyə dövlət başçısı bildirib.
İlham Əliyev Şuşa Bəyannaməsini iki ölkə münasibətlərinin zirvəsi və tacı adlandırıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.