İmran Xanın bacısı 30 gün müddətinə saxlanılıb

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın bacısı Alima Xan Lahorda polis tərəfindən saxlanılıb və Kot Laxpat həbsxanasına aparılıb.

📌 Lahor administrasiyasının qərarına əsasən, o, ictimai asayiş və təhlükəsizliklə bağlı narahatlıqlar əsas gətirilərək 30 gün müddətinə həbs edilib.

📌 Saxlanılma PTI-nin 27 sentyabra planlaşdırdığı və İmran Xanın azadlığa buraxılması tələbi ilə keçiriləcək etiraz yürüşü ərəfəsində baş verib.