İsmayıllıda zəncirvari qəza: 1 ölü, 2 yaralı var

İsmayıllının Balik kəndində “VAZ” markalı avtomobilin təkər sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirərək yük maşını və “Lada” ilə toqquşub.

Nəticədə sürücü ölüb, 2 sərnişin ağır xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.