İstanbulda Bakırköy Bələdiyyəsində tenderlər və sahibkarlardan qanunsuz pul tələb olunması iddiaları ilə bağlı əməliyyat keçirilib.
⚖️ İstintaq çərçivəsində 68 nəfər barəsində saxlanılma qərarı çıxarılıb, onlardan 37-si saxlanılıb. Saxlanılanlar arasında bələdiyyə sədrinin 5 müavini və bələdiyyə şurasının 2 üzvü də var.
📌 Prokurorluğun məlumatına görə, 2024–2026-cı illərdə keçirilmiş 42 tender araşdırılıb və qanun pozuntuları nəticəsində dövlətə maddi ziyan dəydiyi müəyyən edilib.
💰 Həmçinin bəzi sahibkarlardan lisenziya və fəaliyyət icazələri üçün qanunsuz pul tələb olunduğu, ödəniş etməyənlərin sənədləşmə prosesinin qəsdən uzadıldığı iddia olunur. 🔎 Araşdırmalar davam edir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.