Kadırovun 18 yaşlı oğlunun şəxsi təhlükəsizlik bölməsi var

Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırovun “Dustum K-13” adlı xüsusi təhlükəsizlik bölməsi yaratdığı bildirilir.

Xarici mediaya görə, bölmənin əməkdaşları reydlər keçirir, avtomobilləri yoxlayır və müxtəlif hərbi təlimlərdə iştirak edir.

“Dustum K-13”un sosial şəbəkələrdə yayımlanan görüntülərində dronlarla işləmə, atıcılıq və tibbi təxliyə təlimləri göstərilir.