Aktrisa və yazar Mələk Heydərova kişi anlayışı ilə bağlı fikirlərini açıqlayıb.

"Real Azərbaycan" xəbər verir ki, O, çıxışı zamanı kişinin maddi məsuliyyət daşımalı olduğunu vurğulayıb və ailə qurarkən ev məsələsində əsas yükün kişinin üzərinə düşdüyünü bildirib.

M.Heydərova fikirlərini belə ifadə edib:

“Kişi gəlib desə ki, vəziyyət çətindir, belə kişi mənim gözümdən düşür. Mənə əsl kişi lazımdır.

Kişi daşdan da pul çıxarmağı bacarmalıdır. Ev almağa pul tapa bilmirsə, bu necə kişidir?

Kişi daşdan da pul çıxarmağı bacarmalıdır. Ev almağa pul tapa bilmirsə, bu necə kişidir?

Bəziləri həyat yoldaşına deyir ki, pulumuzu birləşdirib ev alaq. Mən belə düşünmürəm. Mən elə kişilərə kişi kimi baxmıram”.