Kolleclərdə oxumaq istəyənlərə ŞAD XƏBƏR

📚 Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.

🔹 DİM-in məlumatına görə, ixtisas seçimi 23–27 sentyabr tarixlərində aparılacaq.

🔹 Müsabiqədə iştirak üçün abituriyentin ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili, eləcə də riyaziyyat fənləri üzrə balı isə 10-dan az olmamalıdır.

🔹 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə ümumi balı 40-dan az olmayan və qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər iştirak edə bilərlər.

⏰ İxtisas seçimi 27 sentyabr saat 23:59-dək internet vasitəsilə həyata keçiriləcək.