Komandirin son tapşırığı: “Qızlarıma deyərsən, atanız sizi çox sevir”

Polkovnik-leytenant Rəşad Hüseynov 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olub.

Sentyabrın 19-dan 20-nə keçən gecə onun rəhbərlik etdiyi dəstə Laçının Nağdalı kəndindən Vəngli istiqamətində irəliləyərkən atəşə məruz qalıb. Ağır yaralanmasına baxmayaraq, Rəşad Hüseynov döyüşü davam etdirib.

Təxliyə zamanı komandir baş çavuş Saleh İsmayılovu yanına çağıraraq son istəyini deyib:

“İsmayılov, qızlarıma deyərsən ki, atanız sizi çox sevir”.

Rəşad Hüseynov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.