Könül Kərimovanın adına olan sənəd saxta imiş - Mübariz Məmmədov DANIŞDI
Dələduzluqda təqsirləndirilən Mübariz Məmmədov məhkəmədə sərbəst ifadə verib.
O bildirib ki, müğənni Könül Kərimovaya aid olduğu deyilən mənzil ona məxsusdur və həmin mənzillə bağlı sənədin saxta olduğunu iddia edib.
Mübariz Məmmədov qeyd edib ki, bir mənzilin alınması ilə bağlı iki müqavilə olub və düzgün sənədin onun adına olan müqavilə olduğunu deyib.
Qeyd edək ki, Mübariz Məmmədov və Elçin Bağırov xüsusilə külli miqdarda dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunurlar. Onlar ittihamları qəbul etmirlər.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.