Korrupsiya ilə bağlı məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi təklif olunur
• Milli Məclisdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
• Layihə 5 fəsil və 19 maddədən ibarətdir. Sənəd korrupsiya faktları barədə məlumatların verilməsi və araşdırılması, məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi qaydalarını müəyyən edir.
• Məlumat təsdiqini taparsa, həmin şəxsə təşkilat rəhbərinin qərarı ilə maddi mükafat veriləcək. Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz və məlumat verən şəxsə nəticə barədə məlumat verildikdən sonra 10 iş günü ərzində ödənilməlidir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.