Laçın istiqamətində itkin düşən hərbçi ilə bağlı cinayət işi başlanıb

🔹 Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmayıb və axtarışa verilib.

⚖️ Hərbi Prokurorluq onun hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edib və cinayət işi başlayıb.

🇦🇲 Hərbçinin Ermənistan ərazisində olduğu və Ermənistanın aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

🔎 Azərbaycan tərəfi hadisənin bütün hallarının aydınlaşdırılması üçün Ermənistanın müvafiq qurumları ilə təmasları davam etdirir.