Lənkəranda 3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
3 gün əvvəl Lənkəran rayonunun Kərgəlan kənd sakini 16 yaşlı E.İ. tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alıb.
Xəsarət alan yeniyetmə tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Yeniyetməni xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində ölüb.
Əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.