Lənkəranda 5 uşaq anası ərini bıçaqladı

📍 Lənkəranda qadın əri ilə mübahisə zamanı ona bıçaqla xəsarət yetirib.

⚖️ Məlumata görə, 34 yaşlı Aytən Seyfullayeva (soyadlar şərti) əri Şadil Seyfullayevi ayaq nahiyəsindən bıçaqlayıb.

📍Hadisəyə səbəb kimi ailə mübahisəsi göstərilir. İddiaya əsasən, mübahisə zamanı kişi yeni doğulan körpəni təhqir edib və bundan sonra qadın bıçaq götürərək ərinə xəsarət yetirib.

📍Qadın saxlanılıb, barəsində cinayət işi başlanılıb.

🏛️ Məhkəmənin qərarı ilə A. Seyfullayeva 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.