Lənkəranda evin damına yenotlar sığınıb, ailə evini tərk edib

Lənkəran şəhərində fərdi yaşayış evinin damında məskunlaşan yenotlar sakinləri qorxu içində saxlayır.

Təxminən bir aydır evin damında yaşayan heyvanlar dam örtüyünü və taxta konstruksiyaları zədələyib. Ev sakinləri hücum ehtimalına görə qohumlarının evinə köçüblər.

Sakinlər aidiyyəti qurumlardan heyvanların təhlükəsiz şəkildə ərazidən götürülməsini istəyirlər.