Makleri öldürməkdə təqsirləndirilən taksi sürücüsünə 18 il 6 ay həbs tələb olunub

🔹 Prokuror Binədə 52 yaşlı Səlim Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Maksim Əhmədova bu cəzanın verilməsini istəyib.

🔹 İttihama görə, hadisə 2025-ci il aprelin 25-də mübahisə zamanı baş verib. Əhmədov Əliyevi bıçaqlayaraq öldürməkdə təqsirləndirilir.

🗓️ Növbəti məhkəmə iclası oktyabrın 8-də keçiriləcək.