Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib.
🏥 Bildirilir ki, o, açıq ürək əməliyyatından sonra komadan ayılmayıb və Sankt-Peterburqda dünyasını dəyişib.
📌 Teymur Yəhyayev 1991-ci ildə, daha sonra isə 1993-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və 2000-ci ilədək bu vəzifədə çalışıb.
📰 O, fəaliyyətinə jurnalist kimi başlayıb, “İTAR-TASS”da müxtəlif vəzifələrdə çalışıb, sonradan isə dövlət idarəçiliyi və biznes sahəsində fəaliyyət göstərib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.