Maştağada evdə partlayış olub – ər-arvad xəsarət alıb

Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Rəhimov və həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Məmmədova xəsarət alıblar.

İlkin məlumata görə, partlayış evin mətbəxində baş verib.

I APA