Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
Yunanıstanda müğənni Yorqos Mazonakisin ölümü ilə bağlı istintaq çərçivəsində iki həkim həbs olunub.
Həkimlər “mümkün qəsdən adam öldürmə” ittihamı ilə üzləşirlər. Onlar isə ittihamları rədd edərək hər hansı səhvə yol vermədiklərini bildiriblər.
İstintaqda plazmaferez aparatının 42 dəqiqə işlədiyi və təcili yardım çağırışı ilə bağlı vaxt fərqinin araşdırıldığı qeyd olunur.
54 yaşlı Mazonakis sentyabrın 9-da Afinada prosedur keçdiyi özəl klinikada ürək dayanması nəticəsində vəfat edib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.