Mətbuat Şurası 225 nömrəli məktəbdə jurnalistlərə qarşı fiziki təzyiqi yolverilməz hesab edib.
📰 Açıqlamada bildirilib ki, media nümayəndələrinin hadisə ilə bağlı məlumat toplaması jurnalist missiyasının tərkib hissəsidir.
⚠️ Şura jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olunmasının, onlara fiziki güc tətbiqinin və təhdidlərin qəbuledilməz olduğunu vurğulayıb.
🔎 Eyni zamanda faciəli hadisələrin, xüsusilə azyaşlılarla bağlı insidentlərin işıqlandırılmasında peşə etikası və həssaslıq prinsiplərinə əməl edilməsinin vacibliyi qeyd olunub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.