Mikroavtobusda ayağa durub yer verməyən sərnişini döydü - Mingəçevirdə
🚐 Lent.az-ın xəbərinə görə, Goranboya getmək üçün mikroavtobusa minən 42 yaşlı Mahir Mədətov (şərti ad) yer üstündə mübahisə etdiyi sərnişinin üzünə sillə vurub.
▪️ Zərərçəkən bildirib ki, Mahir ondan ayağa durub ailəsinə yer verməsini tələb edib. Mahir isə qarşı tərəfin onu itələdiyini və özünü müdafiə etdiyini deyib.
⚖️ Məhkəmənin qərarı ilə Mahir Mədətov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.