Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib.

🔹 Lent.az-ın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də onun istefa ərizəsinə baxacaq.

🔹 Qeyd edək ki, son günlər mediada Q. Abdullayevin fəaliyyəti və milyonluq mülkləri ilə bağlı yazılar dərc olunub.

🔹 Qurumdan bildirilib ki, Abdullayev səhhətində yaranmış problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən ayrılıb.