MKA “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı xəbərdarlıq edib

📱 Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” və “WhatsApp Business” hesablarına müdaxilə hallarının artdığını bildirib.

🔐 İstifadəçilərə “Bağlı cihazlar” bölməsini yoxlamaq, tanımadıqları cihazlardan çıxış etmək və iki mərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur.