Moon Kids” bağçasının direktoruna hökm oxundu

Havvaxanım Rüstəmova dələduzluqda təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun cəzasını 3 il sınaq müddəti müəyyən etməklə şərti hesab edib.

Cinayət işi üzrə zərərçəkənlərə 428 min manat maddi ziyan dəydiyi, bunun 385 min manatının ödənildiyi bildirilib.

“Moon Kids” uşaq bağçasının fəaliyyəti dayandırılıb.