Müdafiə Nazirliyinin keçmiş vəzifəlisinin məhkəməsində şahid nə dedi?
🏛 Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin keçmiş bölmə rəisi Əvəz Rüstəmovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
📌 Lent.az xəbər verir ki, proses şahid ifadəsi ilə davam edib.
👤 Şahid M.G. bildirib ki, Əvəz Rüstəmovu idarədən tanıyıb və onu düzgün insan kimi qəbul edib. O qeyd edib ki, anası xidməti mənzildə yaşayıb, lakin onun Əvəz Rüstəmova pul verdiyini görməyib.
📄 Xatırladaq ki, Əvəz Rüstəmov xidməti mənzillə təminat, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və digər məsələlər üzrə rüşvət almaqda ittiham olunur. Onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.