Naxçıvanda sürət yarışı keçirən iki sürücü saxlanılıb
Naxçıvanda 18 və 21 yaşlı iki sürücü avtoxuliqanlıq etdikləri üçün saxlanılıb.
Lent.az xəbər verir ki, qohum olan sürücülər işıqforda qarşılaşıb şəhərdə bir qədər sürmək istədiklərini bildiriblər. Onlar sürət yarışı keçirdiklərini isə etiraf etməyiblər.
Məhkəmənin qərarı ilə hər iki sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 500 manat cərimələnib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.