Nazir müavini: Söhbət məktəbdə formalaşdırmaq istədiyimiz təhsil mühitindən, qarşılıqlı hörmət və bərabərliyin təmin olunmasından gedir - MÜSAHİBƏ

📚 Elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində müəllim və şagirdlərin geyim qaydalarına edilən dəyişikliklərdən danışıb.

📌 Nazir müavini bildirib ki, məsələyə yalnız geyim qaydaları çərçivəsində yanaşmaq düzgün deyil. Əsas məqsəd məktəblərdə sosial bərabərliyə əsaslanan təhsil mühitinin yaradılması, müəllim və şagirdlər arasında qarşılıqlı hörmətin təmin edilməsidir.

🏫 Onun sözlərinə görə, son dəyişikliklər məktəbli formasının vahidliyini pozan əlavə elementlərin qarşısını almağa və tələblərin birmənalı tətbiqinə xidmət edir.

🇦🇿 Firudin Qurbanov vurğulayıb ki, Azərbaycanın təhsil sistemi dünyəvi xarakter daşıyır və geyim qaydaları da bu prinsipləri özündə əks etdirir.