Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələbləri təsdiqləyib.
• Müəllimlərin geyimi təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır.
• Geyim müəllimin fəaliyyətinə mane olmamalı və şagirdlərin diqqətini yayındırmamalıdır.
• Pedaqoji fəaliyyətə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmayan geyim və geyim elementlərinə yol verilməyəcək.
🏫 Qaydalar müəllimlərin məktəbdə olduğu müddətdə, eləcə də məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə qüvvədə olacaq.
🇦🇿 Milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadə edilə bilər.
❗ Söhbət müəllimlər üçün vahid formadan deyil, dress-kod – geyim qaydalarından gedir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.