Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır

📍 Ermənistan parlamentinin müxalif “Ermənistan” blokunun fraksiya rəhbəri Anna Qriqoryanın sözlərinə görə, Azərbaycan əsgəri Nəsimi Musayev “İrəvan-Mərkəz” penitensiar müəssisəsində saxlanılır.

Deputat bildirib ki, Nəsiminin qonşu kameralarında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və digər müxalifət liderləri də saxlanılır.

⚖️ Qeyd edək ki, Nəsimi Musayev sentyabrın sonlarında Ermənistan ərazisinə keçərək saxlanılıb. Ermənistan məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.