Nəvəsinin andiçmə mərasiminə gedən 84 yaşlı kişi itkin düşüb
Astaranın Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb.
Ahıl kişi nəvəsinin hərbi andiçmə mərasimində iştirak etmək üçün Gəncəyə gedib. O, nəvəsi ilə görüşdükdən sonra itkin düşüb.
DİN-dən bildirilib ki, ailəsinin müraciəti əsasında Mirzəcan Hüseynov axtarışa verilib.
İtkin düşən şəxsin əynində qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək olub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.