Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşı Sənan Bəhrəmliyə qarşı hücum edilməsi sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub.
Lent.az bu məsələ ilə bağlı hüquqşünas Şamil Paşayevin fikirlərini öyrənib.
Müəssisə sahibi “bura özəl mülkiyyətdir” deyərək jurnalistə məlumat verməkdən imtina edə və çəkilişi qadağan edə bilərmi? Xeyr. Xüsusi mülkiyyət hüququ hər şeyə qadağa qoymaq hüququ deyil. Xüsusi mülkiyyət anlayışı da hadisənin ictimai əhəmiyyətini aradan qaldırmır və jurnalistin qanuni fəaliyyətinə müdaxiləyə bəraət qazandırmır. Konstitusiyanın 29-cu maddəsi mülkiyyət hüququnu qoruyur. Amma həmin maddədə xüsusi mülkiyyətin sosial öhdəliklər yaratdığı da göstərilir. Müəssisə sahibi öz əmlakını idarə etmək, onun təhlükəsizliyini təmin etmək və qanuni giriş qaydalarını müəyyənləşdirmək hüququna malikdir.
Lakin bu, ona ictimai əhəmiyyətli hadisə barədə bütün məlumatları gizlətmək və jurnalistin qanuni fəaliyyətinin qarşısını almaq səlahiyyəti vermir.
📌Müsahibənin tamamını Lent.az saytından oxuyun:
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.