Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacaq.
⛈ Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan və şimşək ehtimalı var. Temperatur gecə 15–17, gündüz 17–19 dərəcə isti olacaq.
🌦 Bölgələrdə də fasilələrlə yağış, bəzi yerlərdə leysan, şimşək və dolu gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağması mümkündür.
🌫 Şərq rayonlarında yağıntılar bir qədər güclənəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.