Öldürülən qazi şəhid döyüş yoldaşının anım mərasiminə gedibmiş
Oktyabrın 25-də Tovuzda qətlə yetirilən Vətən müharibəsi qazisi Nizami Qurbanov şəhid döyüş yoldaşının anım mərasimində iştirak etmək üçün rayona gedibmiş.
Mərasimindən sonra baş verən münaqişə zamanı Nizami Qurbanov və daha bir nəfər bıçaqlanıb. Qazinin həyatını xilas etmək mümkün olmayıb.
Qətldə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılıb. Onun qazi ilə əvvəldən tanış olmadığı bildirilir.
Nizami Qurbanov ailənin yeganə oğul övladı olub. Faktla bağlı cinayət işi başlanılıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.