Ölkənin əksər bölgələrində yağıntılı hava müşahidə olunub, bəzi yerlərdə yağış leysan xarakterli və güclü olub.
❄️ Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb. Şahdağda qar örtüyünün hündürlüyü 3 sm təşkil edib.
🌧 Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb. Ən çox yağıntı Kişçayda – 47 mm, Zaqatalada isə 44 mm olub. 🌨 Şəkinin Oxud və Kişçay kəndlərinə diametri 5–7 mm olan dolu düşüb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.