Özəl məhkəmə ekspertləri 10 faiz vergi, 15 faiz sosial sığorta haqqı ödəyəcəklər

📌 Milli Məclisdə birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, özəl məhkəmə ekspertlərinin ekspertiza haqlarından xərclər çıxılmadan 10 faiz vergi tutulacaq.

💰 Ekspertlər həmçinin xərclər çıxıldıqdan sonra qalan gəlirlərinin 15 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

⚖️ Özəl məhkəmə ekspertləri vergi uçotuna alınacaq və müvafiq bəyannamələr təqdim edəcəklər.