Paşinyandan sərhədi keçən Azərbaycan hərbçisi ilə bağlı AÇIQLAMA

▪️ Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, sərhədi keçərək Şaki kəndinə daxil olan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev müəyyən müddət Ermənistanda qalacaq.

⚖️ Paşinyanın sözlərinə görə, hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.

▪️ O bildirib ki, hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıb. Daha sonra onların anası Ani Avetyan polisə məlumat versə də, əməkdaşların gəlməsini gözləmədən hadisə yerinə gedib və orada yaralanıb.

🇦🇿 Azərbaycan Baş Prokurorluğu daha əvvəl Nəsimi Musayevin sentyabrın 26-da xidmət yerində olmadığının müəyyən edildiyini açıqlayıb.

🔹 Araşdırma zamanı onun hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib və cinayət işi başlanıb.

▪️Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib. Azərbaycan tərəfi məsələ ilə bağlı Ermənistanın müvafiq qurumları ilə təmasları davam etdirir.