Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
Günün ilk matçında "Kəpəz" "Şəfa"nın qonağı olacaq.
Qarşılaşma saat 16:30-da start götürəcək. Gəncə klubu 11 xalla 7-ci, meydan sahibləri 3 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 17 xalla 2-ci, Qərb təmsilçisi 14 xalla beşinci sıradadır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.