Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
Günün ilk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 17:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda 12 xalla ikinci, bölgə klubu 4 xalla səkkizinci pillədə qərarlaşıb. Bu matç həm də "Neftçi"nin Azərbaycan çempionatları tarixindəki 1000-ci oyunu olacaq.
Günün ikinci görüşündə "Qarabağ" "Şəfa" ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 19:45-də başlayacaq. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 10 xalla üçüncü, "Şəfa" 3 xalla onuncudur.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.