Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif edib

📜 Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

🌾 Sərəncama əsasən, kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 3 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 28 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

SİYAHI