Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

Anar Ələkbərov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Şəhidlərimizin əziz və nurlu xatirəsini dərin ehtiramla yad etdik. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin”, – paylaşımda qeyd olunub.

Prezidentin köməkçisi bildirib ki, Masallıda şəhid anaları ilə görüşərək onlarla səmimi söhbət edib.

“İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik”, – Anar Ələkbərov əlavə edib.