Prezidentin yer aldığı film-həyat – “44”

🇦🇿 İkinci Qarabağ müharibəsinin bədii salnaməsi olan “44” filminin premyerası Heydər Əliyev Mərkəzində keçirilib.

Film döyüş meydanındakı qəhrəmanlıqlarla yanaşı, müharibənin insan talelərinə təsirini, yaralıların yaşantılarını, şəhidlərin xatirəsini və xalqımızın birlik ruhunu tamaşaçıya çatdırır.

Gənc aktyor heyəti, müasir çəkiliş texnologiyaları və tarixi hadisələrin süjetlə vəhdəti ekran işinin diqqətçəkən xüsusiyyətlərindəndir. Film gələcəkdə müharibə mövzusunda çəkiləcək yeni bədii əsərlər üçün də yol açır.

🇦🇿 Prezidentin tarixi görüntüləri ilk dəfə bədii süjetdə

Filmdə Prezident İlham Əliyevin görüntüləri iki dəfə təqdim olunur. Gəncə xəstəxanasındakı yaralılar və tibb işçiləri onun Şəhidlər xiyabanından xalqa müraciətini izləyirlər.

Final səhnələrində isə şəhid qəhrəmanların şəkilləri 2021-ci ilin Anım Günü yürüşünün tarixi kadrları ilə əlaqələndirilir. Həmin yürüşdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.