Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırılıb

⚕️ Sentyabr ayı ərzində 13 klinika barəsində inzibati tənbeh tədbiri görülüb.

2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb. Onlar barəsində protokol tərtib edilərək müvafiq icraata göndərilib.

⚠️ Stomatoloji fəaliyyətlə bağlı isə 7 protokol tərtib olunub.

🔎 Tibbi və estetik xidmətlər sahəsində qanun pozuntularına qarşı nəzarət tədbirlərinin davam etdirildiyi bildirilib.