Qaxda bir neçə evdən oğurluq edən şəxs həbs olunub

🏠 Rayon ərazisində evlərdən məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

👮 Polisin keçirdiyi tədbirlər nəticəsində şübhəli S. Məmmədli saxlanılıb. Onun bir neçə fərdi yaşayış evindən oğurluq etdiyi müəyyənləşdirilib.

⚖️ Faktla bağlı cinayət işi başlanılıb, şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.