Qazinin də mənzili başqasına satılıb – “Naməlum şəxslər təmir edirdi”

📌 Vətən müharibəsi veteranı Əzizağa Quluzadə iddia edir ki, “İnşaat Konstruksiyaları” MMC iki il əvvəl aldığı 90 kvadratmetrlik mənzili başqa şəxsə satıb. Qazi mənzilə gedərkən qapının açarının dəyişdirildiyini və içəridə naməlum şəxslərin təmir işləri apardığını görüb.

⚖️ Onun sözlərinə görə, şirkət rəhbərliyi mənzili qaytarmaqdan imtina edir. Bir ildən çoxdur məhkəmələrdə olduğunu bildirən veteran şirkətdən şikayətçi olan 300-dən çox zərərçəkənin olduğunu da qeyd edib.