Qol saatına görə qohumunu bıçaqlayan şəxsə cəza verildi

📍 Hadisə yanvarın 15-də Bakının Kürdəxanı qəsəbəsində baş verib.

▪️ Azad Əliyev qohumu Röyal Mustafayevdən müvəqqəti götürdüyü qol saatını qaytarmadığı üçün yaranan mübahisə zamanı onu böyründən iki dəfə bıçaqlayaraq ağır xəsarət yetirib.

⚖️ Prokuror 5 il 6 ay həbs cəzası istəsə də, məhkəmə Azad Əliyevə 2 il sınaq müddəti ilə 3 il şərti cəza verib.