Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

📅 Azərbaycanda 2027-ci il yanvarın 1-dən heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı yeni uçot qaydası tətbiq olunacaq.

🧶 Qoyunlardan qırxılmış yunun və istehsal edilmiş baramanın miqdarı kiloqramla qeydə alınacaq.

⚖️ Kəsim üçün satılan və ya təsərrüfatda kəsilən heyvan və quşların ümumi diri çəkisi növlər üzrə ayrıca hesablanacaq.

📝 Məlumatların təkrar hesablanmasına və uçot sənədlərinə əsassız rəqəmlərin daxil edilməsinə icazə verilməyəcək.