Qubada ağır qəza: Bir qardaş öldü, digəri yaralandı

Quba-Tüləkəran yolunun Gültəpə kəndi ərazisində 31 yaşlı Nurəli Əlirzayevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 23 yaşlı Fəqan Ədilov xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü və mərhumun 21 yaşlı qardaşı Nuray Ədilov xəsarət alıblar.