Qubada kişi otbiçən mişarla qonşusunun əlini kəsdi

📍 Qubanın Dağlı kəndində 45 yaşlı kişi torpaq mübahisəsi zamanı qonşu qadına otbiçən mişarla hücum edərək onun əlinə xəsarət yetirib.

⚖️ Hadisə ilə bağlı cinayət işi başlansa da, tərəflər barışıb. Qadın şikayətçi olmadığından məhkəmə cinayət işinə xitam verib və kişini məsuliyyətdən azad edib.