Qumralın əri Natiq müğənnilikdə ilk addımını atmağa hazırlaşır.

"Real Azərbaycan" xəbər verir ki, o, xanımı ilə birlikdə "Yalan dedin" adlı duet təqdim edəcək.

Cütlüyün yeni ifası yaxın günlərdə dinləyicilərə təqdim olunacaq.

Duetin klipindən bəzi görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həm klipdən yayılan kadrlar, həm də cütlüyün ifası izləyicilərin diqqətini çəkərək sosial mediada geniş müzakirələrə səbəb olub.