Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

🏛️ Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsini müzakirə edərək müvafiq qərar qəbul edib.

⚖️ Qərarın qəbulunda onun dövlətə xəyanət və digər cinayətlərdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü əsas götürülüb. Yaşı və səhhəti nəzərə alınaraq cəza şərti tətbiq edilib.

📌 AMEA Rəyasət Heyətinin qərarı oktyabrın 30-da keçiriləcək Ümumi Yığıncaqda təsdiqlənməlidir.

🔴 Məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin əmlakının müsadirə olunması və dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi də qərara alınıb.